...

Anar Məmmədxanovun qızı Avropa üçün füsunkar geyimlərdə (FOTO)

Mədəniyyət Materials 14 İyul 2015 14:58 (UTC +04:00)
Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir Azərbaycanın milli geyimlərinə həsr edilmiş layihənin reallaşdırılmasına başlayıblar.
Anar Məmmədxanovun qızı Avropa üçün füsunkar geyimlərdə (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Vüqar İmanov/

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir Azərbaycanın milli geyimlərinə həsr edilmiş layihənin reallaşdırılmasına başlayıblar.

Trend-in məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Mərkəzin təsisçisi və direktoru, modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğidir: "Biz qədim geyim ənənələrimizin bütün füsunkarlığını müasir stilizasiya ilə göstərmək istəyirik. Layihədə tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri və həttta məşhur şəxslərin övladları iştirak edəcəklər".

Bu dəfə layihədə "Bakılı oğlanlar" şən və hazırcavablar komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun qızı Məryəm iştirak edib. O, füsunkar milli geyimlərdə qarşıya çıxıb. Obrazlar üzərində stilist-vizajist, bir sıra milli mükafatların sahibi Səbinə İmanova işləyib.

Layihənin çəkilişləri dünyanın ən iri xalça fabriklərindən biri olan "Azərilmə"nin (direktor Vidadi Muradov) ərazisində aparılıb.

Qeyd edək ki, Norveçin "2014-cü ilin fotoqrafı" mükafatının sahibi, "Bilder Nordic School of Photography"nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. O, 8 ildir Norveçdə yaşayır və işləyir. F.Nadir bu ölkənin vətəndaşıdır. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti