Azərbaycan, Bakı, 15 iyul /Trend/
Müğənni Elnarə Xəlilova xeyriyyə layihələrini davam etdirir.
Trend-in məlumatına görə, bu dəfə xanım müğənni Xıradalanda Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirəcək. Sənətçi yenidən böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün bayram konserti təşkil edəcək.
Konsert Ramazan bayramı günü - iyulun 18-də, saat 19:00-da Xırdalandakı AAAF Park istirahət və əyləncə mərkəzində təşkil ediləcək. E.Xəlilova səhnəni sənət yoldaşı, müğənni Yaşar Cəlilov və Anar Rəhimli ilə bölüşəcək. Konsertin aparıcısı Vüsalə Kərimovadır.
Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın müalicəsi üçün sərf ediləcək.
Xatırladaq ki, müğənni aprel ayında da bu məqsədlə xeyriyyə konserti təşkil etmişdi.