...

Azərbaycan geyimləri Rusiyada hamını heyran etdi (FOTO)

Mədəniyyət Materials 1 Avqust 2015 12:55 (UTC +04:00)
Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimləri İrkutskun (Rusiya) “V. Bronşteyn Qalereyası” sərgi mərkəzində keçirilən VI Beynəlxalq “Etno Poliumu. Birlik” etnik geyim festivalının açılışında təqdim olunub.
Azərbaycan geyimləri Rusiyada hamını heyran etdi (FOTO)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Vüqar İmanov/

Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimləri İrkutskun (Rusiya) "V.Bronşteyn Qalereyası" sərgi mərkəzində keçirilən VI Beynəlxalq "Etno Poliumu. Birlik" etnik geyim festivalının açılışında təqdim olunub. Bu barədə Trend-ə Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.

Müsabiqədənkənar təqdim olunan Azərbaycanın milli geyimləri festivalın qonaqları və iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanıb.

G.Xəlilova bildirib ki, "Etno Poliumu. Birlik" festivalı unikal xalq, tarixi və stilizasiya edilmiş geyimlər, bəzək əşyaları yaradan, öz xalqının mədəniyyətini, tarixini və məişətini əks etdirən ustadların və yaradıcı insanların görüş yeridir: "Festival zamanda unikal səyahət etməyə, müxtəlif millət və konfessiya nümayəndələrini birləşdirməyə, keçmişdən günümüzədək olan kolleksiyaların orijinallığına və özünəməxsusluğuna, geyim ənənələrinə və müasirliyinə, geyim və bəzək əşyalarındakı avanqarda tamaşa etməyə imkan verir".

Qeyd edək ki, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru G.Xəlilova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova festivalın münsiflər heyətinin üzvü olublar.

Həmçinin, münsiflər heyətinin tərkibinə Lidiya Sokolova-Serbskaya (sədr), Yekaterina Rebeja, İqor Sarapulov, Qombo Tuqalaq, Raisa Lobatskaya və Yelena Şipilova daxil olublar.

Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edilib: konfrans, seçmə turları, yaradıcılıq laboratoriyaları, sərgilər, finalçıların ən yaxşı geyim kolleksiyasının qala-nümayişi, müsabiqələr.

Festival İrkutsk vilayətinin Qubernator İdarəsi və hökumətinin dəstəyi ilə Baykalyanı yerli xalqların Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti