...

Azərbaycanlı heykəltəraş Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2015 12:00 (UTC +04:00)
Azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb.
Azərbaycanlı heykəltəraş Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb. Bu barədə Roma Rəssamlıq Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Alfio Monjelli sərəncam imzalayıb.

Diaspor Jurnalistləri Birliyindən Trend-ə verilən məlumata görə, Sərəncamda deyilir ki, İtaliya-Azərbaycan incəsənət və mədəniyyətinə verdiyi töhfələrə görə, Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülsün.

Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monjelli Zeynalabdin İsgəndərova yaradıcılığında uğurlar diləyib.

Z.İsgəndərov isə ona göstərilən yüksək diqqətə görə, cənab Alfio Monjelliyə dərin təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti