...

Azərbaycanın tanınmış aşığı vəfat edib

Mədəniyyət Materials 29 Sentyabr 2015 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın tanınmış aşığı "Dədə" ləqəbli Aşıq Rəsul Qurbani ötən axşam 80 yaşında Təbrizdə vəfat edib. Trend-in məlumatına görə, bu barədə İranın "khabaronline" xəbər saytı məlumat verib.

Aşıq Rəsul Qurbani İranda və Azərbaycanda tanınmış aşıqlardandır.

Ötən gün insult keçirən aşıq Aşıq Rəsul Qurbani Təbrizin İmam Rza (ə) adına xəstəxanasına yerləşdirilmişdi.

İran və Azərbaycan musiqisinin dəyərli musiqi ustası olan Aşıq Rəsul Qurbani 1935-ci ildə Qaradağ bölgəsində Abbasabad kəndində doğulub. O, 1951-ci ildən Aşıq musiqi sənəti ilə məşğul olub. O aşıqlıq dərsini Aşıq Xeyrulla, Aşıq Heydər, Aşıq Kərim Həzrəti və digər tanınmış aşıqlardan alıb. Aşıq Rəsul Qurbani 1964-cü ildən İran televiziyası və radiosunda müətmadi çıxış edib. O, Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Hollandiya, İngiltərə, Yaponiya, Çin, Avstralya və digər ölkələrdə keçirilən festivallarda çıxış edib.

Aşıq Rəsul Qurbaninin bir müddət öncə "Sinəmdə səslənən sazım var mənim" adlı kitabı işıq üzü görüb. O, yaradıcılığı boyu 3 min beyt müxtəlif məzmunlu şerlər oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti