...

Nuran Hüseynov xəstəliyindən danışdı (FOTO)

Mədəniyyət Materials 29 Sentyabr 2015 14:52 (UTC +04:00)
Ağır xəstəlikdən əziyyət çəkən Nuran Hüseynov Bakıya gəlib.
Nuran Hüseynov xəstəliyindən danışdı (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Ağır xəstəlikdən əziyyət çəkən xeyriyyəçi, aparıcı Nuran Hüseynov Bakıya gəlib. O Trend-ə bildirib ki, almaniyalı həkimlərin məsləhəti ilə Bakıya gəlib.

N.Hüseynov Düsseldorf şəhərindəki klinikada müalicə alır.

O deyib ki, çətin kimyaterapiyadan keçib və məni ağır sümük iliyi transplantasiyası gözləyir: "Əgər əməliyyat uğurlu alınmasa, donor axtarmalı olacağıq. Bütün yaxınlarımdan və qohumlardan əməliyatın uğurla alınması üçün dua etməyi xahiş edirəm. Çətin günlərdə mənə dəstək olanlara təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti