...

Nyu Yorkda Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Oktyabr 2015 11:56 (UTC +04:00)
Nyu Yorkda BMT-nin qərargahında Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimat mərasimi keçirilib.
Nyu Yorkda Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elmir Murad/

Nyu Yorkda BMT-nin qərargahında Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda BMT-nin Baş Katibi Pan Gi Mun, Sivilizasiyalar Alyansı üzrə BMT Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT Baş Assambleyasının Prezidenti Morgens Yukketov, EKOSOS-un Prezidenti Oh Yoon, Türkiyənin xarici işlər naziri Feridun Şirinoglu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez, Albaniya, Finlandiya, Isveç, Braziliya, Misir, Rusiya, Pakistan, Macarıstan, Rumıniya, Tayland, Qatar, Belarus və digər ölkələrin, həmçinin Islam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası, YUNESKO kimi təşkilatların yüksək səviyyəli rəsmiləri çıxış edərək BMT Sivilizasiyalar Alyansının əhəmiyyətini qeyd ediblər.

2016-cı ilin aprel ayında Bakıda keçiriləcək Alyansın 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Forumun Təşkilat Komitəsi adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə tədbirə hazırlığı, ölkəmizin mədəniyyətlərarası dialoq prosesində rolunu qeyd edib.

Sonra Azərbaycanın müasir inkişafı, çoxəsrlik multikultural ənənələri, ölkə başçısının himayəsi ilə keçirilən beynəlxalq tədbirləri əks etdirən film nümayiş etdirilib.

Tədbir BMT TV tərəfindən internet vasitəsilə canlı yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti