...

“Karamazov qardaşları” 50-ci dəfə oynanılacaq (FOTO)

Mədəniyyət Materials 23 Oktyabr 2015 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 29-da Rus Dram Teatrının səhnəsində "Karamazov qardaşları" 50-ci dəfə oynanılacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaradıcı heyət bu günə xüsusi hazırlaşır.

"Karamazov qardaşları"nda teatrın böyük yaradıcı heyəti iştirak edir. Belə ki, tamaşada iki xalq artisti Məbud Məhərrəmov və Səfa Mirzəhəsənov, 5 əməkdar artist Firdovsi Atakişiyev, Ayan Mirqasımova, Mələk Abbaszadə, Salman Bayramov, Əsgər Rəhimov iştirak edirlər.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti İranə Tağızadədir. Quruluşçu rəssamı Tatyana Melnikovadır. (Sankt-Peterburq)
İşıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Azərbaycanın əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

F.M.Dosteyevskinin 2 il ərzində yazdığı son romanı Rus Dram Teatrının səhnəsində ilk dəfə 2010-cu ilin mart ayında oynanılıb. Əsərdə Allah, mənəviyyat, azadlıq kimi dərin mövzulara toxunulub.

Onu da qeyd edək ki, bu əsər dünyada ən çox tamaşaya qoyulan əsərlərdən biridir. Bu roman əsasında Rusiya, Amerika, Yaponiya, Çexiya, İtaliya, Fransa kinematoqrafları tərəfindən 15-dən çox film və serial çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti