...

İki cildli “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada işıq üzü görüb

Mədəniyyət Materials 1 Dekabr 2015 10:51 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildli “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası işıq üzü görüb.
İki cildli “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada işıq üzü görüb

Bakı. Trend:

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildli "Müasir Azərbaycan ədəbiyyatı" (nəsr və poeziya) antologiyası işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, Moskvanın "U Nikitskix vorot" nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunur.

İkicildlik, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Mərkəzin həyata keçirdiyi irimiqyaslı "Milli Ədəbiyyatın Təbliği" layihəsi çərçivəsində nəşr olunmuşdur. Hər iki kitabın önsözünün müəllifi, Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçısı Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti