...

“Şər qarışanda” “Səkkiz ən yaxşı görüş” olacaq...

Mədəniyyət Materials 3 Mart 2016 14:39 (UTC +04:00)
Nizami Kino Mərkəzində martın 03-dən “Şər qarışanda” milli və Rusiya istehsalı olan “Səkkiz ən yaxşı görüş” filmlərinin nümayişinə başlanıb.
“Şər qarışanda” “Səkkiz ən yaxşı görüş” olacaq...

Bakı. Trend:

Nizami Kino Mərkəzində martın 03-dən "Şər qarışanda" milli və Rusiya istehsalı olan "Səkkiz ən yaxşı görüş" filmlərinin nümayişinə başlanıb.

Rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi "Oksimediya" prodakşnın qorxu janrında lentə aldığı "Şərq qarışanda" filminin rejissoru Samir Kərimoğlu, operatoru Nadir Mehdiyevdir.

Kinolent 1992-ci ildə doqquz yeniyetmənin manyak tərəfindən qəddarcasına qətlə yetirilməsindən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq dəhşət hələ davam edir...

Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.

Rejissor Maryus Vaysberqin çəkdiyi "8 ən yaxşı görüş" filmi melodramatik komediya janrındadır. Qəribə şüarı var - "Arvadıma ər axtarıram".

Veterinar klinikanın sahibi Nikita ağır xəstəliyə düçar olduğunu öyrənir. Bunun həkim səhvi olduğunu bilməyən ailə başçısı, ondan sonra arvad uşağının qayğısını çəkmək üşün onu əvəz edə biləcək layiqli birini axtarmağa başlayır. Sonradan düşəcəyi vəziyyət hər kəsi güldürəcək...

Filmdə rolları Vladimir Zelenskiy, Vera Brejneva, Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin, Nino Kantariya, Viktor Şur və digər aktyorlar canlandırıblar.

Xatırladaq ki, bu günlərdə qala-qecəsi kinomərkəzdə keçirilən milli "Axırıncı yol" komediyasının nümayişi davam edir.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti