...

Azərbaycan musiqiçiləri “Astana Axşamları”nda

Mədəniyyət Materials 8 İyun 2016 18:46 (UTC +04:00)
“Cəngi” estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən “Astana Axşamları” beynəlxalq festivalında iştirak edib.
Azərbaycan musiqiçiləri “Astana Axşamları”nda

Bakı. Trend:

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin dəstəyi ilə "Cəngi" estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən "Astana Axşamları" beynəlxalq festivalında iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sayca onuncu yubiley festivalının bağlanış günündə, 7 iyunda Astananın möhtəşəm Sülh və Əmin-Amanlıq Sarayında keçirilən konsertdə "Cəngi" qrupu Qazaxıstan tamaşaçıları və festivalda iştirak edən qonaqlar üçün Azərbaycan muğam və cazın sintezindən ibarət musiqi parçaları ifa edib, səhnəni Qazaxıstanlı ifaçılarla da paylaşıblar.

Azərbaycanlı musiqiçilərin ifasını konsert zalında 800-ə yaxın tamaşaçı izləyib.

"Astana Axşamları" beynəlxalq festivalı Qazaxıstanın "Deqdar" humanitar fondu tərəfindən JTI şirkətinin dəstəyi ilə hər il keçirilir. 1-7 iyun tarixlərində keçirilən builki festivalda ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan musiqiçiləri iştirak ediblər. 2014-cü ildə Azərbaycan muğam ifaçıları da JTI şirkətinin dəstəyi ilə bu festivalda iştirak edib. Bu il isə Azərbaycan musiqiçilərinin festivalda iştirakı "Deqdar" fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında mümkün olub.

"Cəngi" estrada folklor ansamblı 1992-ci ildə məşhur caz pianoçusu, bəstəkar və Azərbaycan Respublikasının Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Ansambl muğamı müxtəlif musiqi növləri - caz, rok və s. ilə sintez şəklində təbliğ edir. İndiyədək ansambl Fransa, Norveç, ABŞ və Türkiyədə Azərbaycan musiqisini təmsil edib. Ansamblın bədii rəhbəri Mircavad Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti