...

Azərbaycanda “Brat Li”ni görəcəyik (FOTO/VIDEO)

Mədəniyyət Materials 1 İyul 2016 14:17 (UTC +04:00)
Təxminən bir neçə ay əvvəl çəkilişinə başlanılan “Brat Li” bədii filmin treyleri hazırdı.
Azərbaycanda “Brat Li”ni görəcəyik (FOTO/VIDEO)

Bakı. Trend:

Təxminən bir neçə ay əvvəl çəkilişinə başlanılan “Brat Li” bədii filmin treyleri hazırdı. Trend-ə
bu barədə layihənin mətbuat katibi Fuad Mədətov məlumat verərək bildirib ki, məşhur döyüş ustası və aktyoru Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə komediya və ekşn janrında olan “Brat Li” bədii filmində eynilə Brüs Lini canlandırıb.

Tezliklə Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmin əsas rolların qəhrəmanları Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, o cümlədən, Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovdur.

Film paytaxt Bakı ilə yanaşı, Azərbaycanın səfalı bölgələrində çəkilib. Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, ideya müəllifi və ikinci rejissoru Ruslan İsmayılovdur.

“Brat Li” film layihəsinin informasiya dəstəyi - Trend.az, Day.az və Milli.az saytlarıdır.

https://www.youtube.com/watch?v=nviWdu1l184

Məqalədə:
Xəbər lenti

Xəbər lenti