...

"Buzlar diyarı"nın məşhur qəhrəmanları ilə selfi imkanı (VİDEO)

Mədəniyyət Materials 13 İyul 2016 10:00 (UTC +04:00)
“Buzlar diyarı” tamaşasının premyera tarixi müəyyənləşib.
"Buzlar diyarı"nın məşhur qəhrəmanları ilə selfi imkanı (VİDEO)

Bakı. Trend:

Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyera tarixi müəyyənləşib.

Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabrın 22-də Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və Asan xidmət mərkəzlərində satışdadır. Biletləri yayda alanlara Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla selfi hədiyyə olunacaq.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti