...

“Turizm həftəsi” başa çatıb (FOTO)

Mədəniyyət Materials 3 Oktyabr 2016 13:55 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi “Turizm həftəsi” başa çatıb.
“Turizm həftəsi” başa çatıb (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi “Turizm həftəsi” başa çatıb.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri sentyabrın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində, sentyabrın 30-da isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar.

Uşaqlar öncəki günlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar. “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti