...

“Leyli və Məcnun”un premyerası olub (FOTO)

Mədəniyyət Materials 5 Dekabr 2016 20:40 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası baş tutub.
“Leyli və Məcnun”un premyerası olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası baş tutub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

Quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədovdur.

50-dən artıq aktyorun iştirak etdiyi yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Elşən Rüstəmov, aktyorlar Rövşən Abbasov, Rəşad Səfərov, Mehriban Abdullayeva, Mehriban Hüseynova, Sevinc Mehrəliyeva, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Səbinə Məmmədova, Elşən Çarhanlı, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva və başqaları ifa ediblər.

Tamaşanın yaradıcı heyətinin səhnə əsərinə fərqli baxışı və yanaşması, aktyorların peşəkar ifaları sayəsində ərsəyə gələn iki hissəli nakam məhəbbət dastanı sürəkli alqışlarla müşaiyət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti