...

"Texno Park" ilin ən yaxşı verilişi seçilib (FOTO)

Mədəniyyət Materials 9 Dekabr 2016 17:09 (UTC +04:00)
"Texno Park" proqramı tamaşaçıların səsverməsi nəticəsində ilin ən yaxşı verilişi seçilib.
"Texno Park" ilin ən yaxşı verilişi seçilib  (FOTO)

Bakı. Trend:

"Texno Park" proqramı tamaşaçıların səsverməsi nəticəsində ilin ən yaxşı verilişi seçilib, Zaur Əliyev "Number1" mükafatına layiq görülüb.

Bu həftə isə "Texno Park" verlişində israilli texnologiya firmasının, partlayıcıları uzaq məsafədən müəyyən edən dron sisteminin təqdimatı ilə tanış olacaqsınız.

İstehsal olunduğu gündən indiyə qədər hobbidən, kinoya bir çox sahədə istifadə olunan dronlar hərbidə də qarşımıza çıxmağa davam edir.

Hərbi sahədə müxtəlif dron həlləri inkişaf etdirən israilli "Laser Detect System" adlı firma, son olaraq partlayıcıları uzaqdan təyin edə bilən dron sistemi inkişaf etdirib. "SpectroDrone" adlı bu dron lazer vasitəsi ilə, partlayıcılardan başqa narkotik maddə kimi digər zərərli maddələri də müəyyən edə bilir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında.

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
https://www.youtube.com/TexnoPark
https://www.facebook.com/AZTexnoPark/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti