...

Muxtar Maniyev son mənzilə yola salındı (FOTO)

Mədəniyyət Materials 22 Dekabr 2016 16:15 (UTC +04:00)
Bu gün dünyasını dəyişən xalq artisti Muxtar Maniyev son mənzilə yola salınıb.
Muxtar Maniyev son mənzilə yola salındı (FOTO)

Bakı. Trend:

Bu gün dünyasını dəyişən xalq artisti Muxtar Maniyev son mənzilə yola salınıb.

Trend-in məlumatına görə, "Təzə Pir" məscidində keçirilən vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, M.Maniyevin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir:

"Muxtar Maniyev Azərbaycan kino mədəniyyətinin formalaşmasında, inkişafında mühüm işlər görüb. O, ifa etdiyi bütün rolları ilə böyük tamaşaçı sevgisi qazanmağı bacarıb. Bu, hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Muxtar Maniyevin yaratdığı obrazlar qalereyası onu həmişə yaşadacaq".

Mərasimdən sonra mərhum Qala qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. 1982-ci ildə "Əməkdar artist", 2000-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti