...

Britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat etdi

Mədəniyyət Materials 26 Dekabr 2016 05:03 (UTC +04:00)
Əfsanəvi britaniyalı pop ulduz Corc Maykl 53 yaşında vəfat etdi
Britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat etdi

Bakı. Trend:

Əfsanəvi britaniyalı pop ulduz Corc Maykl 53 yaşında vəfat etdi.

Trend-in "BBC"yə istinadən verdiyi məlumata görə, müğəninin ölümünün səbəbi açıqlanmır. Məlum olan ancaq odur ki, polislər pop ulduzun ölümündə heç bir şübhəli hal aşkar etməyiblər.

Qeyd edək ki, 2011-ci ildə Corc Maykl pnevmoniyanın ağır formasını keçirib. Lakin həmin ildəcə musiqiçi tam sağaldığını elan etmişdi.

C.Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə "Wham" duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.

Öz kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o cümlədən 3 "Grammy" mükafatı və 5 "MTV" mükafatı. Onun sonuncu albomu ("Symphonica") 2014-ci ildə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti