Bakı. Trend:
K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bədirzadə Aytən Məhərrəm qızı təyin olunub.
Bildirilir ki, təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və əmək intizamının gücləndirilməsi üçün həyata keçirilir.