...

"Xənnas"dan növbəti yenilik (VİDEO)

Mədəniyyət Materials 25 Aprel 2017 14:36 (UTC +04:00)
Azərbaycanın kino tarixində ilk qorxu filmi (mistik triller) olaraq bir ilkə imza atmış “Xənnas” filminin yaradıcı heyəti tərəfindən növbəti ilkə imza atılır.
"Xənnas"dan növbəti yenilik (VİDEO)

Bakı. Trend:

Azərbaycanın kino tarixində ilk qorxu filmi (mistik triller) olaraq bir ilkə imza atmış “Xənnas” filminin yaradıcı heyəti tərəfindən növbəti ilkə imza atılır.

Filmin möhtəşəm və şou biznes ulduzlarının iştirakı ilə təşkil olunacaq qala gecəsinə yalnız ulduzlar deyil, o cümlədən qalada iştirak etmək istəyən kino həvəskarları da qatıla biləcəklər.

Bunun üçün bütün kino həvəskarlarını, qala gecəsinin keçiriləcəyi Nizami Kino Mərkəzinin kassalarına dəvət edirik. Cəmi 15 Azn məbləğində olan biletləri almaqla, 3 may tarixində keçiriləcək filmin bütün aktyor və yaradıcı heyətinin, TV Magazin proqramlarının və o cümlədən, Azərbaycan şou biznesinin məhşurlarının iştirak edəcəyi əsrarəngiz qala gecədə esklüziv iştirak, filmin ilk baxışından həzz almaq və bu tarixi anı bütün “Xənnas” heyəti ilə birlikdə keçirmək imkanınız var.

Qaladan əvvəl keçiriləcək furşet masası və energetik içkilər də biletin qiymətinə daxildir.

Film 4 may tarixindən etibarən, bütün CinemaPlus kinoteatrlarında (Gənclik Mall, 28 Mall, AygunCity, Azərbaycan k/t, Nizami k/t, Gəncə şəhəri) nümayişə başlayacaq.

Filmin rəsmi traileri

https://youtu.be/rvPq8_fp53s

Məqalədə:
Xəbər lenti

Xəbər lenti