...

Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Mədəniyyət Materials 25 May 2017 12:23 (UTC +04:00)
Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Bakı. Trend:

Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 28-də görkəmli kamança ustası, xalq artisti, Prezident təqaüdçüsü, Heydər Əliyev Fondunun mükafatçısı, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin (1927-2015) anadan olmasının 90 ili tamam olur.

H.Əliyev əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayıb, öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqisi incilərini dərindən öyrənib və 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib. Onun böyük məharətlə ifa etdiyi muğamlar dinləyicilərin yaddaşına həmişəlik həkk olunub.

Mayın 30-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində kamança ustası H.Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti