...

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq yaradıcılıq seminarında iştirak edəcək

Mədəniyyət Materials 9 İyun 2017 18:54 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiyaya səfər edəcək.
Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq yaradıcılıq seminarında iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiyaya səfər edəcək.

Teatrdan Trend-ə verilən məlumata görə, səfər Rusiya Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə 1-4 dekabrda Moskvada Rusiya Federasiyasının, MDB və Baltikyanı ölkələrin Gənc Tamaşaçılar və Gənclər Teatrları rəhbərlərinin iştirakı ilə beynəlxalq yaradıcılıq seminarında iştirak etmək məqsədi daşıyır.

M.Həmidov bildirib: “Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində RF-in, MDB və Baltikyanı ölkə teatrları rəhbərləri öz həmkarları ilə qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək”.

Eyni zamanda Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində ADGTT-nın rəhbərinin tədbirdə iştirak edəcək bir sıra ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşləri və ikitərəfli qastrol səfərlərinə dair müqavilələrin imzalanması da nəzərdə tutulub.

Beynəlxalq tədbirdə M.Həmidovun “Azərbaycan teatrı müstəqillik illərində” mövzusunda çıxışı da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti