...

Teatr bölgələrdə qastrol səfərini başa vurub (FOTO)

Mədəniyyət Materials 16 İyun 2017 20:46
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyun ayının 15-də bölgələrdə qastrol səfərini başa vuraraq geri dönüb.
Teatr bölgələrdə qastrol səfərini başa vurub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyun ayının 15-də bölgələrdə qastrol səfərini başa vuraraq geri dönüb.

Teatrdan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikamızın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.

Sözügedən tamaşanı rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəblilər və geniş tamaşaçı auditoriyası maraqla izləyiblər.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimovadır. Əsas obrazları Əməkdar Artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Məsumə Babayeva Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov ifa ediblər.

Məlumat üçün bildirək ki, qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan teatrının inkişaf etdirilməsinə dair” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti