...

Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil ola bilər

Mədəniyyət Materials 3 İyul 2017 01:39 (UTC +04:00)
İyunun 2-si Krakovda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası start götürüb
Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil ola bilər

Bakı. Trend:

İyunun 2-si Krakovda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası start götürüb. Sessiya 10 gün davam edəcək.

Trend-in məlumatına görə, sessiya zamanı Komitə yeni obyektlərin Siyahıya salınması barədə 35 yeni ərizəyə baxacaq, artıq Siyahıda olan obyektlərin vəziyyətini öyrənəcək və Ümumdünya İrsi haqqında Konvensiyanın həyata keçirilməsi barədə bir sıra digər məsələləri təhlil edəcək.

Ümumdünya İrsi siyahısına daxil olması təklif olunan yerlər arasında Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzi də yer alır.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinə Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya 21 üzv dövlətinin nümayəndələri daxil olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti