...

Bakı məktəbliləri beynəlxalq festivalda

Mədəniyyət Materials 14 İyul 2017 20:55 (UTC +04:00)
Bakı məktəbliləri Türkiyənin Mersin şəhərində II “Qız Qalası” Beynəlxalq Turizm Festivalında Azərbaycanı təmsil edib.
Bakı məktəbliləri beynəlxalq festivalda

Bakı. Trend:

Bakı məktəbliləri Türkiyənin Mersin şəhərində II “Qız Qalası” Beynəlxalq Turizm Festivalında Azərbaycanı təmsil edib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Tədbirə Bakı Şəhəri üzrə Təhsi İdarəsinin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri və “Səma” rəqs qrupunun üzvləri qatılıb.

Məktəblilərin “Qız Qalası” II Beynəlxalq Turizm Festivalındakı çıxışları böyük marağa səbəb olub. “Səma” rəqs qrupunun təqdim etdiyi xalq rəqsləri, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlər və mahnılar tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Həmçinin, tədbir çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycanda gedən inkişaf prosesi və Qarabağ həqiqətləri haqqında məlumat verilib, tarixi yerlərimizi, mədəniyyətimizi əks etdirən suvenirlər, eləcə də, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar hazırlanmış bukletlər təqdim olunub.

Məktəblilər səfər çərçivəsində Mersin şəhərinin Tarsus rayonunda da olub, burada Heydər Əliyev Parkını ziyarət ediblər. Sonra “Zəkalar” liseyi ilə qardaşlaşan “Kampus Okulları” tədris müəssisəsində görüş keçirilib. Görüşdə çıxış edən məktəblilərə hədiyyələr verilib. Daha sonra Tarsus rayon bələdiyyəsində görüş olub. Burada “Səma” rəqs ansamblının üzvləri çıxış ediblər.

Festival iştirakçıları vətənə dönməzdən əvvəl Mersin Böyükşəhər bələdiyyəsində də olublar. Məktəblilər burada festivalla bağlı təəssüratlarını bölüşüb, şeir söyləyiblər.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Litva, Şimali Kipr, Qırğızıstan, Gürcüstan və Tatarıstan təmsilçiləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti