...

Bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub (VİDEO)

Mədəniyyət Materials 3 Avqust 2017 20:16 (UTC +04:00)
Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub.
Bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub (VİDEO)

Bakı. Trend:

Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub.

Trend-in məlumatına görə, Mədəniyyət kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, müsabiqənin əsas məqsədi müasir estrada mahnılarının yaranmasına xidmət etmək, eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıları üzə çıxarmaq, istedadlı gənclərə dəstək olmaqdır.

Müsabiqə həmçinin ölkəmizin müasir iqtisadi-mədəni inkişafının mədəni müstəvidə işıqlandırılmasını təmin edəcək, eyni zamanda yüksək səviyyəli mədəniyyət nümunələri geniş tamaşaçı kütlələri arasında təbliğ olunacaq.

R.Qasımov qeyd edib ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi tədqirəlayiqdir.

Layihədə 20 müasir gənc seçiləcək və bəstəkarların yeni əsərləri televiziya və radio vasitəsilə təbliğ olunacaq. Bəstəkarlar arasında keçirilən estrada mahnılarından ibarət müsabiqədə 20 nümunəvi mahnı seçiləcək, daha sonra “Odlar ölkəsi” adlı layihəyə start veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər estrada janrında olan əsərlərin notunu və elektron formada müğənninin ifasını sentyabr ayının 25-dək aşağıda qeyd olunan ünvana göndərməlidirlər:

[email protected]

Müsabiqədə müəyyən olunmuş qaliblərə pul mükafatı veriləcək.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 492 14 58

(012) 408 14 58

(050) 492 14 58

Xəbər lenti

Xəbər lenti