...

Respublika teatrlarında kadr dəyişikliyi olub

Mədəniyyət Materials 2 Oktyabr 2017 17:17 (UTC +04:00)
Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb.
Respublika teatrlarında kadr dəyişikliyi olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.

Nazirlikdən bildirilib ki, yeni təyinatlar yerlərdə teatr sənətinin inkişafına öz töhfəsini verəcək və yaradıcılıq baxımından daha da uğurlu layihələrin meydana çıxmasına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti