Bakı. Trend:
Oktyabrın 15-də “Pullman Hotels and Resorts” hotelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Payız Kolleksiyası” adlı "Kids Fashion Show" yarışı keçiriləcək.
Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcək. “Payız Kolleksiyasına“həsr olunmuş tədbirdə 70 model və 27 modelyer iştirak edir. Modellərin 37-i qız, 33-ü oğlan olacaq. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak edecəklər. Tədbirin layihə rəhbəri “ Star Kids Group MMC” şirkətinin direktoru Aygün Əliyevadır.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az