...

Heydər Əliyev Sarayında muğam konserti keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 16 Oktyabr 2017 18:24 (UTC +04:00)
Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək.
Heydər Əliyev Sarayında muğam konserti keçiriləcək (VİDEO)

Bakı. Trend:

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək.

Saraydan Trend-ə verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Gülyanaq Məmmədova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti