...

Muğam müsabiqəsi qalibinin konserti keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 20 Noyabr 2017 20:51 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsinin növbəti konserti keçiriləcək.
Muğam müsabiqəsi qalibinin konserti keçiriləcək (VİDEO)

Bakı. Trend:

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində III Muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə Səbinə Ərəbli “Şur” təsnifini, ”Kəsmə şikəstə”, ”Qəlbimin səsi”(Pikə Axundova, ”Dünya”(Oktay Kazımi), ”Süzən qızlar”(C.Cahangirov), ”El yolunda (Ələkbər Tagiyev), ”Səni sevən baxışlar” (Ramiz Mirişli) adlı mahnıları səsləndirəcək.

Gecədə xanəndəni Ələkbər Ələkbərovun rəhbərliyi ilə “Uğur” ansamblı müşayiət edəcək.

Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti