...

Xüsusi Fondda saxlanılan ən qədim qızıl eksponat - FOTO

Mədəniyyət Materials 4 Dekabr 2017 10:34 (UTC +04:00)

Bakı. Trend:

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası və fondunda Azərbaycanın antik qızıl zərgərlik məmulatları qorunur, nümayiş olunur.

Bu barədə Trend-ə Muzeydən məlumat verilib.

Bildirilir ki, Muzeyin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı mühafizə olunur. Bu qızıldan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb.

O, arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunub. Mütəxəssisin qeyd etdiyinə görə, muncuqlar e.ə. IV minilliyin ikinci yarısına, tunc dövrünə təsadüf edir. 23 ədəd qızıl muncuq halqa və oval formalı olub, biri lacivərd (lazurit) daşındandır. Çəkisi 2,9 qr.-dır. Bu qızıl zinət əşyası Muzeyin dəyərli inciləri sırasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin, Azərbaycan etnoqrafiyasını öyrənmək baxımından böyük önəmi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti