...

Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək (FOTO)

Mədəniyyət Materials 15 Yanvar 2018 23:42 (UTC +04:00)
Bakıda Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində 17 martda "Pepee - Sevmek Zamanı" musiqili interaktiv yeni tamaşa göstəriləcək.
Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək (FOTO)

Bakı. Trend:

Bakıda Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində 17 martda "Pepee - Sevmek Zamanı" musiqili interaktiv yeni tamaşa göstəriləcək.

Pepee adım adım Anadolunu gəzir, Kapadokya, Göbeklitepe və Nemruta macəralı bir yolculuğa başlayır. Türkiyənin ilk Milli Çizgi Filmi qəhrəmanı Pepee uşaqların inkişafında pay sahibi olaraq, eyni zamanda mahnı və türkülərlə əyləndirməyə davam edir. Tam yeni Pepee mahnıları ilə “Sevmek Zamanı” tamaşasında Pepeecilərlə görüşə gəlir. Təkcə uşaqların deyil, 7-dən 70-ə hərkəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee, mahnılı, türkülü və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir tamaşa göstərir.

Pepee ilə gözəl Türkiyənin bir birindən fərqli mədəni dəyərlərini kəşf edən uşaqlarımız, Nemrut, Kapadokya ve Göbeklitepe ilə tanış olacaqlar. Sevgi, ünsiyyət, yardımlaşma və həmrəyliyin vacibliyini dərk edirlər. Pepeenin təptəzə mahnılarıyla gözəl bir gün yaşayırlar.
Sevginin və ailə daxili ünsiyyətin önəmini anlayırlar. Uşaqlarımız xəyal gücü və biliklərinin inkişafını sevinclə dəstəkləyirlər.

Tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq https://iticket.az/events/pepee-sevmek-zamani saytında əldə etmək olar.

Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Biletlərin sifarişi və arayışlar üçün telefon nömrəsi: (050) 354 90 54

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti