...

Mövcud münaqişələrin həlli yolları hansılardır? - Bu gün biləcəksiniz

Mədəniyyət Materials 16 Fevral 2018 17:41 (UTC +04:00)
Bu suallara “Bəşəri çağırış” filmində aydınlıq gətirilməyə çalışılıb.
Mövcud münaqişələrin həlli yolları hansılardır? - Bu gün biləcəksiniz

Bakı. Trend:

“Dünyada, ələlxüsus Avropada artan islamofobiya, ksenofobiyaya qarşı hansı praktik addımlar atılmalıdır? Azərbaycan öz dövlətçilik modelini təbliğ etməklə dünyada sülhün bərqərar olmasına töhfə verə bilərmi? Mövcud münaqişələrin həlli yolları hansılardır?” – bu və digər suallara AzTV-nin istehsalı olan “Bəşəri çağırış” filmində aydınlıq gətirilməyə çalışılıb.

Trend-in məlumatına görə, filmin hasil olması üçün 2017-ci il ərzində 20000 kilometrə yaxın yol qət edilib, İspaniya, Rusiya, Finlandiya, Türkiyə, İran və Özbəkistanda çəkilişlər aparılıb.

Müsahiblər sırasında bütün Moskva və Rusiya patriarxı Kirill, Yerusəlimin baş ravvini Şlomo Moşe Amar, Fransanın mitropoliti, Konstantinopol Ekümenik Patriarxlığının ekzarxı Emmanuel Adamakis, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlayn, BƏƏ Prezidentinin dini işlər üzrə müşaviri Əlseyid Əli əl-Haşim, Fransa Müsəlmanları Milli Federasiyasının prezidenti Muhamməd Beşari, ISESCO-nun icraçı direktoru Əbdüləziz Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif əl-Osaymin, Madridin arxiyepiskopu Kardinal Antonio Varela, Pakistanın Dini işlər və ahəngdarlıq naziri Sərdar Muhamməd Yusuf Zaman, Əlcəzairin Dini işlər və vəqflər naziri Muhamməd Aissa və digər siyasi və dini liderlər var.

Xəbər lenti

Xəbər lenti