Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi musiqi və klassik yoqa məktəblərinə qəbul elan edir.
Bu barədə Trend-ə DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Elanda deyilir: "Əgər övladınızın istedadının üzə çıxarılmasını, yaradıcılıq qabiliyyətinin inkişafını, mədəni-mənəvi aləminin zənginləşdirilməsini, ümumən vaxtının səmərəli keçirilməsini istəyirsinizsə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi bu şansı Sizə verir.
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən musiqi məktəbinin – fortepiano, skripka, violençel, tar və qarmon siniflərinə, bundan başqa şahmat, rəsm, floristika, yaradıcı əllər, rəqs dərnəklərinə, həmçinin Azərbaycanda ilk dəfə yaradılan klassik yoqa məktəbinə yazıla bilərsiniz.
Dərslər fərdi və qrup şəklində keçirilir.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 3 (keçmiş Şəhriyar adına Mədəniyyət evi).
Əlaqə telefonları: (012) 405 91 84; (012) 405 91 13
Əlavə məlumatı dtx.gov.az internet səhifəsindən əldə edə bilərsiniz".