...

Hindistanda Şridevi ilə vidalaşırlar, kremasiya olunacaq

Mədəniyyət Materials 28 Fevral 2018 15:48 (UTC +04:00)
Mumbay şəhərində məşhur hindistanlı aktrisa, Bollivud ulduzu Şridevi Kapurla vida mərasimi keçirilir
Hindistanda Şridevi ilə vidalaşırlar, kremasiya olunacaq

Bakı. Trend:

Mumbay şəhərində məşhur hindistanlı aktrisa, Bollivud ulduzu Şridevi Kapurla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, Şridevi dövlət səviyyəsində təşkil olunan vida mərasimindən sonra kremasiya olunacaq.

Mərasimlə əlaqədar olaraq Mumbay küçələrinə minlərlə şəxs toplaşıb.

Qeyd edək ki, Şridevi Kapur ötən həftəsonu Dubayda faciəvi şəkildə vəfat edib.

Polisin məlumatına görə, aktrisa huşunu itirməsi nəticəsində vannada boğularaq ölüb.

Xəbər lenti

Xəbər lenti