...

Bakıda ilk dəfə dünyaca məşhur rok hitlər səsləndiriləcək (VİDEO)

Mədəniyyət Materials 29 Mart 2018 20:14 (UTC +04:00)
Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə "Rock Hits Show" konserti keçiriləcək.
Bakıda ilk dəfə dünyaca məşhur rok hitlər səsləndiriləcək (VİDEO)

Bakı. Trend:

Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə "Rock Hits Show" konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə məşhur rus dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə İP Orchestranın təqdimatında dünyaca məşhur rok hitlər səsləndiriləcək.

Konsertdə The Beatles, Deep Purple, The Doors, Scorpions, Pink Floyd, The Rolling Stones, Nirvana, Michael Jackson, AC/DC, Radiohead, The Eagles, Bon Jovi, Metallica, Black Sabbath, Depeche Mode, Europe, Muse, Uriah, Led Zeppelin, Queen kimi əfsanəvi qrupların və ifaçıların mahnıları və həmçinin, Victor Tsoy, DDT, Leninqrad kimi məşhur rus qruplarının mahnıları da tamaşaçılara təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-60 manat arasında satışa çıxarılıb. Biletləri Heydər Əliyev Sarayının kassasından, İticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti