Bakı. Trend:
Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü Behnam Məhta Məhəmmədəlizadənin solo konserti keçirilib.
Trend-in məlumatına görə, ilk öncə Baş İdarənin rəisi Vuqar Zeynalov Məhta Məhəmmədəlizadəni əldə etdiyi nailliyətlərə görə Fəxri Fərmanla təltif edib və ona gələcək fəalliyətində uğurlar arzu edib.
Daha sonra Məhta Məhəmmədəlizadə qanunda F.Əmirov “1001 gecə” baletindən “Fantaziya”,Q.Sviridov “Fırtına” k/filmindən “Vals”, N.Paqanini “Venesiyada karnaval”, N.Əliverdibəyov “Elegiya”, Brendel “Çardaş”, D.Dadaşov “Skertso”, F.Əmirov “Muğam poema”, V.Adıgözəlov “Lay-lay”, C.Rossini “Sivilya bərbəri” operasından “Uvertyura”, Ambreu “Tango”, H.Rzayev “Cahargah rapsodiyası” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Konsert musiqisevərlər tərəfindən maraqla dinlənilib.