Bakı. Trend:
Moskva sakinləri və qonaqlar sentyabrın 8-i və 9-da paytaxt muzey və qalereyaları ödəniş etmədən ziyarət edə biləcəklər. Trend-in məlumatına görə, bu barədə şəhər meriyası bildirib.
Meriyadan bildiriblər ki, bu addım Moskvanın 871 illiyi münasibətilə atılır. Bu əlamətdar hadisə ilə əlaqədar Moskvada 81 muzeyin ziyarətçilərin üçün ödənişsiz olacağı bildirilir.
Qeyd edək ki, sentyabrın 8-də Moskvada şəhər günü qeyd edilir, bu il Rusiya paytaxtının 871 yaşı olur.