...

Bakıda "Biçmə-tikmə" müsabiqəsinin finalı keçirildi (FOTO)

Mədəniyyət Materials 7 Noyabr 2018 13:18 (UTC +04:00)
"Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfındən təşkil edilmiş "Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə" layihəsinin fınalı keçirilib.
Bakıda "Biçmə-tikmə" müsabiqəsinin finalı keçirildi (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

"Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfındən təşkil edilmiş "Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə" layihəsinin fınalı keçirilib.

Trend-in məlumatına görə, respublikada ilk dəfə keçirilən müsabiqənin məqsədi dərnəklərin fəaliyyətinin inkişaf etdirilməsi, təbliğ olunması, sənaye qabiliyyətinin artırılması, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, müəssisələr, həmçinin dərnəklər arasında təcrübə mübadiləsinin təşkili, istedadlı gənclərin aşkara çıxarılması, dövlət-özəl sektor tərəfdaşlığma təkan verilməsidir. Layihə həmçinin dərnəklərin populyarlaşdırılması, onların sosial imicinin artırılması, fəaliyyətinin stimullaşdırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədini daşıyır.

Biznes və mədəniyyət müəssisələrinin inteqrasiyasına xidmət edən müsabiqədə M.A.Əliyev adına Hövsan qəsəbə Mədəniyyət Evinin, Əmircan qəsəbə Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin, Kürdəxanı qəsəbə Mədəniyyət Evinin, H.Abbasov adına Maştağa qəsəbə Mədəniyyət Evinin, Binə qəsəbə Mədəniyyət Evinin, Mərdəkan Mədəniyyət Sarayının, Ş.Ələkbərova adma Mədəniyyət Evinin, A.M. Şərifzadə adına Mədəniyyət Evinin, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müəssisə və dəmək rəhbəri, biçmə-tikmə dərnəyinin üzvləri, Ülkər Hüseynova, Fidan Rzayeva couture, Dj couture, Sophie couture Moda evləri, mədəniyyət və incəsənət xadimləri, peşəkar rəssamlar, sənaye müəssisələrinin nümayəndələri və təşkilatçı qurumların mütəxəssisləri iştirak edib.

Qalibləri və fərqlənən iştirakçıları estetika üzrə alim-mütəxəssis, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Vidadi Xəlilovun sədrliyi ilə, modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi direktoru Asif Usubəliyev, Rəssamlıq Akademiyasının müəllimi Sevil Əliyeva və Nizami Kino Mərkəzindən Leyli Mirzəyeva kimi mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyən ediblər.

3 mərhələ və yekun mükafatlandırma mərasimindən ibarət olan müsabiqə "Dekorativ tətbiqi sənət-tikmə, milli tikmə, dekorativ kompozisiyalar, makrame, toxuma, bədii oyuncaqlar, muncuqla işləmələr" və "Dizayn - biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlinciklər üçün paltarlar, evin interyeri, məhsul nişanları" yaradıcılıq növləri üzrə keçirilib.

1-10 oktyabr 2018-ci il tarixinədək davam edən I mərhələdə qiymətləndirmə komissiyası tərəfındən müəssisələrdəki biçmə-tikmə dərnəyinin yaradılmasına dair əmrin, üzvlərin ərizələrinin, üzvlərə dair məlumatlarlarm, şəxsi vərəqələrinin, üzvlərin dərnəyə qəbul edilməsinə dair protokolun və əmrin, dərnək rəhbərinin ərizəsinin, dərnəyə rəhbər təyin edilməsinə dair əmrin, dərnəyin tədris proqramınm, dərs cədvəlinin, davamiyyət jurnalının mövcudluğuna və qaydasmda olduqlarına, dərnək rəhbərinin təhsilinə, iş təcrübəsinə, qrupların sayına, dərnəyin fəaliyyətinin təbliğinə (afışa, elan, buklet, internet informasiya resurslarından istifadə, şifahi təbliğat və s.) baxılıb.

15-25 oktyabr 2018-ci il tarixinədək davam edən II mərhələsində komissiya üzvləri dərnəyin son 3 il ərzində iştirak etdiyi tədbirlərə, festivallara, müsabiqə və s.; dərnəyin mükafatlarına (diplom, fəxri fərman, iştirak sertifıkatı və s.); dərnəyin fəaliyyətinin çeşidliyinə; dərnəyin son 3 il müddətində üzvləri tərəfındən hazırlanmış əl işlərinə, habelə dərs prosesinə baxılıb, üzvlərin tədrisi bitirdikdən sonrakı fəaliyyətləri ilə tanış olublar.

III mərhələsi 25 oktyabr - 01 noyabr 2018-ci il tarixinədək davam etmişdir və mövzu üzrə veriləcək tematik tətbiqi tapşırığın kreativ icrasından ibarət olub.

Yekun mərhələdə dərnəklərin ümumi fəaliyyətini əks etdirən sərgisində qaliblərin müəyyənləşdirilməsi və yekun mükafatlandırma mərasimi keçirilib.

Qaliblərə (I, II, III yerlər) və fərqli nominasiyalar üzrə müxtəlif dərəcəli diplomlar və hədiyyələr, tanınmış moda evlərindən birində təcrübə keçmə, digər iştirakçılara həvəsləndirici diplomlar və iştirakçıların dərnək rəhbərlərinə fəxri fərmanlar təqdim edilib.

Tədbirin qonaqları və iştirakçıları üçün S.Bəhlulzadə adına Mədəniyyət Evinin "Azad" rəqs qrupu, Binə qəsəbəsi Mədəniyyət Evinin "Odlar yurdu" kollektivi tərəfmdən "Qarabağ - Azərbaycanın incisidir" kiçik konsert proqramı təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti