...

Beynəlxalq Muğam Mərkəzində vokal musiqisi konserti keçirilib

Mədəniyyət Materials 9 Yanvar 2019 02:28 (UTC +04:00)
Yanvarın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzində vokal musiqisi konserti keçirilib

Bakı. Trend:

Yanvarın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirilib.

Trend-in məluçatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Konservatoriyasının gənc ifaçılıq məktəbinin inkişafı və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən birgə layihəsi çərçivəsində baş tutub.

Konsertdə İsmət Sabirlinin ifasında xalq mahnıları “Gözəlim sənsən”, “Gülə-gülə”, “Gilənar”, Səid Rüstəmovun “İntizar”, Fikrət Əmirovun “Reyhan”, V.A.Mosartın “Fin ch`han dal vino”, Di Capuanın “O sole mio”, R.Rodjersin “Edelweis” əsərləri səslənib.

Gecədə ifaçını Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Mahirə Quliyeva müşayiət edib.

Konsert musiqisevərlər tərəfindən gur alqışlala qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti