...

Gəncədə “Yarat” Müasir İncəsənət Məkanının “Yenə o bağ olaydı” adlı səyyar sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 27 İyun 2019 22:41 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Yenə o bağ olaydı” adlı səyyar sərginin açılışı olub.
Gəncədə “Yarat” Müasir İncəsənət Məkanının “Yenə o bağ olaydı” adlı səyyar sərgisi açılıb (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Yenə o bağ olaydı” adlı səyyar sərginin açılışı olub.

Trend-in məlumatına görə, “Yarat” Müasir İncəsənət Məkanının təqdim etdiyi sərgi Azərbaycanın əbədiyaşar şairi Mikayıl Müşfiqin ən məşhur “Yenə o bağ olaydı” şeirinin adı ilə təşkil olunub. Sərgini “Yarat” Müasir İncəsənət Məkanının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Hökümə Kərimova açıb. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Vəfa Abbasova iştirakçıları salamlayıb və bu kimi sərgilərin keçirilməsinin daima Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

“Yarat” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva çıxış edərək şəhər rəhbərliyinə və bütün sərgi iştirakçılara öz minnətdarlığını bildirdi.

Sonra sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verdi.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə gənc rəssamlar – Nəzrin Məmmədovanın, Vüsalə Ağarazıyevanın, Mousa Bəyzadə, Günay Əliyevanın, Etibar İsmayılovun əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, sərgi cari ilin sentyabr ayının 20-dək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti