Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub (FOTO)

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub (FOTO)

Bakı. Trend:

Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik etdi.

Bildirdi ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar müstəqil Azərbaycanın inkişafı naminə öz istedad və bacarıqlarını əsirgəmir, mədəni mirasımızı ölkəmizin hüdudlarından kənarda da layiqincə təbliğ edirlər. Onlar həm də köklü ənənələrə malik olan mədəniyyətimizin gənc nəsillərə ötürülməsində səylə çalışırlar.

Nazir qeyd etdi ki, Azərbaycanın mədəniyyətinin inkişafına töhfə verən insanların əməyi dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilir: "Məlum olduğu kimi, 2 Avqust – Milli Kino Günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup mədəniyyət və incəsənət xadimi təltif edilib. Bundan əlavə, mədəniyyət sahəsində, dövlət qulluğunda çalışan bir neçə əməkdaşımız da mükafatlandırılıb. Bu gün həmin insanlara mükafatlar təqdim olunacaq".

Ə.Qarayev Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insanın çalışdığını, yüz minlərlə şəxsin yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırdı. Söylədi ki, ildən-ilə artan tədbirlər, həyata keçirilən layihələr, bu sahədə qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, mədəniyyət sahəsində inkişaf sistemli şəkildə davam edir: “Nazirliyin qarşısında duran əsas məsələlərdən biri də Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılmasıdır. Bu gün mükafatlandırılanlar arasında bu istiqamətdə çalışan insanlara nümunə ola biləcək əməkdaşlar da var. Əgər bir insan cənab Prezident tərəfindən yüksək ada layiq görülürsə, deməli, o, mədəniyyət sahəsində uğur qazanıb. Mən hər birinizi cənab Prezidentin adından təbrik etmək istəyirəm. Ölkə başçısı tərəfindən təltif edilmək hər kəsə qismət olmur. Siz əməyinizlə, yaradıcılıq və istedadınızla bu adları qazanmısınız. Dövlət başçısının verdiyi bu qiymət sizlərin xalqımıza, cəmiyyətimizə gərəkli insanlar olduğunuzun bir göstəricisidir. Çünki sizin töhfələriniz də cəmiyyətimizin inkişafına xidmət edir. Ona görə də mən bu sahədə uğurlu işlərin daimiliyini arzulayıram”.

Nazir mükafatlandırma mərasiminin Azərbaycan Milli İncəsənət Muzeyində keçirilməsinin təsadüfi olmadığını bildirdi: "Bu bina Azərbaycan memarlıq məktəbinin müstəsna nümunələrindəndir. Məlumdur ki, muzeyin binası Prezident İlham Əliyevin sərəncamı ilə təmir edildi. Hazırda bu mədəniyyət ocağında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunur. Mən sizləri də, vətəndaşlarımızı da bu muzeyi ziyarət etməyə, burdakı nadir incəsənət nümunələri ilə tanış olmağa dəvət edirəm”.

Ə.Qarayev çıxışının sonunda mədəniyyət anlayışının sənət adamlarının yaradıcılığı ilə məhdudlaşmadığını, bu məfhumun həm də həyat normasına çevrilən zaman böyük ictimai əhəmiyyət kəsb etdiyini vurğuladı.

Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi.

Dövlət başçısının sərəncamları ilə Quliyeva Xalidə Camal qızı, Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu “Xalq artisti” fəxri adına layiq görülüblər. Azay Adil Çərkəz oğlu, Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu “Əməkdar incəsənət xadimi” fəxri adı, Əliyeva Günay Sabir qızı, Babayev Mobil Rəşid oğlu, Qasımova Ruhəngiz Nağı qızı isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənmə” medalları ilə mükafatlandırılıb.

Bütün təltif olunanları təbrik edən Ə.Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olundu.

"Twitter"in işində qüsurlar yaranıb
"Twitter"in işində qüsurlar yaranıb
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Loading Bars
Xəbər lenti
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefaya gedib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
Bütün xəbərlər