...

Trend-in fotomüxbiri “Dəniz və dənizçilik” mövzusunda keçirilən foto-müsabiqənin qalibi olub (FOTO)

Mədəniyyət Materials 21 Oktyabr 2019 14:43 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Facebook” səhifəsində “Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto müsabiqəyə yekun vurulub.
Trend-in fotomüxbiri “Dəniz və dənizçilik” mövzusunda keçirilən foto-müsabiqənin qalibi olub (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Facebook” səhifəsində “Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto müsabiqəyə yekun vurulub.

Trend-in məlumatına görə, qaliblər 10 gün ərzində “Facebook”-da aparılan səsvermənin nəticəsində müəyyənləşib. Müsabiqədə 1-ci yerə 1100 səslə Zaur Mustafayev, 2-ci yerə 964 səslə Pərviz Babazadə, 3-cü yerə isə 398 səslə Orxan Kərimov layiq görülüb. Qaliblər mükafatlandırılıblar.

Foto-müsabiqə 22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaranması münasibətilə keçirilib.

Qeyd edək ki, 1-ci yerin qalibi Zaur Mustafayev Trend İnformasiya Agentliyinin foromüxbiridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti