...

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti Gürcüstan televiziyasında (VİDEO)

Mədəniyyət Materials 18 Noyabr 2019 18:48 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini Gürcüstanın 1 televiziya kanalı geniş işıqlandırıb
Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti Gürcüstan televiziyasında (VİDEO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin oktyabr ayında Gürcüstanda reallaşdırdığı "Dəyirmi masa" layhəsi gürcü KİV vasitələri tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin təşkilatçılığı ilə Gürcüstan Dövlət Folklor Mərkəzi dəstəyi ilə Gürcüstanda , Tbilisi şəhərində “Azərbaycan(muğamlar, xalq mahnıları və təsniflər) və gürcü(folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda keçirilən “Dəyirmi masa” tədbiri və eləcə də BMM fəaliyyəti ilə bağlı gürcü televiziyası xüsusi reportaj hazırlayaraq təqdim edib.

Efirə gedən reportajda BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov mərkəzin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Direktor beynəlxalq əməkdaşlığın vacibliyi və mədəniyyətlərin təbliği baxımından qarşılıqlı əməkdaşlıq mövzusunda fikirlərini bölüşüb. Həmçinin Gürcüstanda keçirilən Azərbaycan(muğamlar, xalq mahnıları və təsniflər) və gürcü(folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda keçirilən “Dəyirmi masa” nın hər iki xalq arasında musiqi ənənələrinin davamlı inkişafına öz töhfəsini verəcəyini də vurğulayıb.

Reportajda həmçinin BMM-nin Gürcüstanda təşkil etdiyi "Qarabağ" muğam qrupunun konserti və digər layihələri haqqında da məlumat verilib.

Reportajla ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz: https://1tv.ge/az/news/beynelkhalg-mugam-merkezinin-deyirmi-masa-layihesinin-novbeti-tedbiri-gurjustanda-kejirildi/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti