Mədəniyyət Nazirliyinin AYB ilə birgə təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mədəniyyət Nazirliyinin AYB ilə birgə təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. Vüqar İmanov - Trend:

Sentyabrın 29-da Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil etdiyi hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Trend-in məlumatına görə, “525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid çıxış edərək ölkəmizdə karantin elan edildiyi gündən, uzunmüddətli fasilədən sonra Milli Kitabxanada ilk tədbirin keçirilməsindən məmnunluğunu ifadə etdi. O, həmçinin bu tədbirin Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun yazıçılarla ilk görüşü olduğunu vurğuladı.

Tədbirin Ermənistan silahlı qüvvələrinin cəbhədə növbəti təxribatı və Azərbaycan Ordusunun qələbələri ilə eyni vaxta təsadüf etməsini söyləyən Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın cəbhədən sevindirici xəbərlər aldığını dedi: “Bu gün hər birimiz ordumuza dəstək olmalıyıq. Sevindirici haldır ki, ölkəmizin tanınmış mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb və xalqımızın Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırıb”.

AYB-nin katibi pandemiya ilə əlaqədar ölkə rəhbərliyinin mütəşəkkil siyasəti sayəsində Azərbaycanın pandemiyadan az itkilərlə çıxan ölkələr siyahısında vurğuladı. Qeyd etdi ki, bu çətin günlərdə dövlət müəssisələri, mədəniyyət ocaqları fəaliyyətini virtual formada davam etdirdi, müxtəlif layihələr həyata keçirdilər. Bu layihələrdən biri də Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin koronavirusa qarşı mübarizə mövzusunda hekayə müsabiqəsi oldu. Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul vermək idi.

“Hərbçilərimiz səngərdə döyüşürsə, mədəniyyət xadimlərimizin də öz səngəri, öz mübarizə yolu var”

Mərasimdə çıxış Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ilk olaraq ölkəmizdə qürurlu günlərin yaşandığını bildirdi. Dedi ki, Ermənistanın ölkəmizə hücumu nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparır və hər an səbirsizliklə şad xəbərlər gözləyirik: “Əsgərlərimiz şəhid olur, dinc sakinlərimiz qətlə yetirilir. Vətənimiz sağ olsun! Vətən yolunda dünyasını dəyişənlərin ailələrinə səbir diləyirik. Prezidentin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, bu, Vətən müharibəsidir və hər birimiz Ali Baş Komandanın ətrafında birləşib ordumuza dəstək olmalıyıq. Dünən mən Tərtər rayonundan olan musiqi müəllimi ilə əlaqə saxladım. Onun oğlu hazırkı döyüşlər zamanı şəhid olub. Telefon danışığımız zamanı bir daha əmin oldum ki, xalqımız nə qədər mübariz və vətənpərvərdir. Bu gün əgər hərbçilərimiz səngərdə döyüşürsə, mədəniyyət xadimlərimizin də öz səngəri, öz mübarizə yolu var. Hər bir vətəndaşın borcudur ki, ordumuza dəstək olsun. Mədəniyyət nazirliyi olaraq bizim vəzifəmiz bütün imkanlardan istifadə edərək cəmiyyətimizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfəmizi verməkdir. Bununla əlaqədar Mədəniyyət nazirliyi yaxın günlərdə bir neçə yeni layihə təqdim edəcək. Vətənpərvərlik mövzusunda hekayə və şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Yaxın günlərdə ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”. Anar Kərimov Azərbaycanın haqq işinin beynəlxalq səviyyədə davamlı şəkildə təbliğ olunmasının zəruriliyini diqqətə çatdırdı: “Bu gün Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatlar yayır. Münaqişəni bizim torpaqlarımızın azad edilməsi deyil, Azərbaycanın Ermənistan ərazisinə aqressiyası, xristian-müsəlman qarşıdurması kimi qələmə verirlər. Bütün bu fonda bizim üzərimizə böyük məsuliyyət düşür. Mədəniyyət nazirliyi və bütün cəmiyyətimiz sosial şəbəkələrdə düzgün məlumatları əks etdirən paylaşımlar etməli və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bir mübarizə apardığını yaymalıdır. Nazirlik olaraq bu istiqamətdə iş aparırıq: işğal olunmuş ərazilərimizdə dağıdılan abidələr haqqında məlumatlar yayılır. Son hücumlar nəticəsində Azərbaycanın mülki əhalisinə dəymiş ziyanla bağlı məlumatı beynəlxalq auditoriyaya çatdırmaq da bu missiyanın tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi bizim yolumuz haqq yoludur. Bu yolda mədəniyyət və incəsənət xadimlərinin də rolu danılmazdır. Sənət adamlarının müraciətində ordumuza dəstək fikirləri ifadə edilmişdir və xalqımız həmrəyliyə çağırılmışdır”.

Hekayə müsabiqəsinin əhəmiyyətini vurğulayan Anar Kərimov qeyd etdi ki, biz həm də bir neçə aydır ki, başqa bir düşmənlə – koronavirusla mübarizə aparırıq: “Bu prosesdə Mədəniyyət Nazirliyi yaradıcı potensialın gücləndirilməsi istiqamətində layihələr həyata keçirmişdir. Hekayə müsabiqəsi də bu qəbildəndir. Müsabiqəyə kifayət qədər böyük maraq olmuşdur. Belə ki, müsabiqənin keçirildiyi 2 ay ərzində münsiflər heyətinə qiymətləndirilməsi üçün 417 hekayə təqdim olunmuşdur. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməmişdir. 388 hekayə müsabiqənin iştirakçısı olmuşdur. Qaydalara əsasən, bu hekayələrdən münsiflər 5 hekayəni qalib elan etmişdir. Yazıçılar Birliyinə və müsabiqəyə qatılan hər kəsə təşəkkür edir və qalibləri bir daha təbrik edirəm. 5 qalib hekayədən əlavə ən maraqlı 20 hekayə də münsiflər tərəfindən seçilib və biz yaxın gələcəkdə bu hekayələri kitab şəklində nəşr edib, oxuculara çatdırmağı planlaşdırırıq”.
***
Anar Kərimov yazarlarımızın marağını cəlb edəcək bir məlumatı da tədbir iştirakçıları ilə bölüşdü. Dedi ki, bu ilin sonunda ölkəmizdə ali ədəbi mükafat hesab olunan “Qızıl Kəlmə” mükafatına əsərlərin qəbuluna start veriləcək. Hazırda bu müsabiqənin nominasiyaları, mükafat fondu və yenidən formalaşdırılacaq münsiflər heyəti üzərində işlər aparılır. Ötən illər üçün mükafatın münsiflər heyəti açıqlandığı üçün şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə yeni münsiflər müəyyənləşdiriləcək və müsabiqə bitənə qədər gizli saxlanılacaq: “Bu gündən elan edəcəyimiz vətənpərvərlik mövzusunda yeni ədəbi müsabiqə Azərbaycanın bugünkü hərbi uğurları, suverenliyi uğrunda rəşadətli döyüşü, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün yeni ədəbi mətnlərin yaradılmasına xidmət edir. Həmçinin bu hadisələrin gələcək nəslə ən gözəl formada çatdırılmasına töhfə olacaq. Bütün qələm sahiblərini bu müsabiqədə yaxından iştiraka dəvət edirəm. Bu günlərdə Azərbaycan Televiziyasında unudulmaz şairimiz Cabir Novruzun “Sevin vətəni” şeirini dinlədim. Bu gün səmimi hisslərlə dolu, Vətən sevgisini özündə əks etdirən bədii nümunələrə ehtiyac var.
***
Təqdimat mərasimində AYB-nin katibi İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, müsabiqədə birinci yerin qalibi Natiq Məmmədli, xüsusi mükafatın sahibi Reyhan Yusifqızı çıxış edərək ədəbiyyat sahəsindəki yeniliklərin labüdlüyü və Mədəniyyət Nazirliyi ilə birgə layihələrin əhəmiyyətindən söz açdılar. Daha sonra qaliblər mükafatlandırıldı.
Müsabiqədə Natiq Məmmədlinin “Taclı mələklər” hekayəsi I, Sevinc Elsevərin “A quşlarım, getməyin…” hekayəsi II, Cavidanın “Ev” əsəri isə üçüncü yerə layiq görülüb. Reyhan Yusifqızının “Həkimin gündəliyi” və Əkbər Qoşalının “İradə, mən ölürəm…” hekayələri xüsusi mükafat qazanıb.
***
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Milli Kitabxana ilə tanış oldu. Direktor Kərim Tahirov kitabxananın şöbələri və fəaliyyəti barədə geniş məlumat verdi. Beynəlxalq əməkdaşlıq şöbəsi, Nadir kitablar muzeyi və “Açıq kitabxana”nın fəaliyyəti ilə tanış olan Anar Kərimov bu sahədə yeni imkan və müasir tələblərə uyğun işin qurulması ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə etdi.

BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Unibank “Narıncı cümə” kampaniyası keçirir (FOTO)
Unibank “Narıncı cümə” kampaniyası keçirir (FOTO)
Loading Bars
Xəbər lenti
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edir (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
Bütün xəbərlər