...

Yeni abidələrlə bağlı hər ilin sonunda Mədəniyyət Nazirliyinə müraciət edilir - Arxeologiya və Etnoqrafiya İnstitutu

Mədəniyyət Materials 3 Noyabr 2020 10:29 (UTC +04:00)
Yeni abidələrlə bağlı hər ilin sonunda Mədəniyyət Nazirliyinə müraciət edilir - Arxeologiya və Etnoqrafiya İnstitutu

Bakı. İlhamə İsabalayeva – Trend:

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən yeni aşkarlanan abidələrin qorunan abidələrin siyahısına daxil edilməsi üçün isə hər ilin sonunda Mədəniyyət Nazirliyinə müraciət edilir.

Bunu Trend-ə İnstitutun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, “Şabran arxeoloji ekspedisiyası”nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov deyib.

S.Aşurov əlavə edib ki, arxeoloji qazıntı işlərinin aparıldığı abidələrin böyük əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən qorunan abidələrin siyahısına daxildir və onların qorunmasına görə bu nazirlik bilavasitə məsuliyyət daşıyır.

İnstitut rəsmisi qeyd edib ki, tikinti quruculuq işləri zamanı aşkara çıxarılmış abidələr tam şəkildə tədqiq edildikdən, arxeoloji materiallar götürüldükdən sonra ərazidə tikinti-quruculuq işləri davam etdirilir:

"Arxeoloji abidələrdə qazıntı işlərinin aparılması Arxeologiya və Etnoqrafiya İnstitutunun, abidələrin qorunması isə Mədəniyyət Nazirliyinin işidir. Bu nazirliyin yerlərdə abidələrin mühafizəsinə cavadeh olan işçiləri var. Lakin təbii olaraq abidənin qorunması hər bir vətəndaşın, eyni zamanda arxeoloqun da vətəndaşlıq borcudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti