...

"Mədəniyyət naminə sülh” kampaniyasının məqsədi işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyəti dünyaya çatdırmaqdır - Anar Kərimov

Mədəniyyət Materials 23 İyun 2021 17:19 (UTC +04:00)
"Mədəniyyət naminə sülh” kampaniyasının məqsədi işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyəti dünyaya çatdırmaqdır - Anar Kərimov

Bakı. Alpər Ziya - Trend:

“Mədəniyyət naminə sülh” adlı qlobal kampaniyanın keçirilməsi tarixi hadisədir. Kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasına nail olmaqdır.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimatı mərasimində deyib.

A.Kərimov bildirib ki, həmçinin, məqsəd dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır: "Eyni zamanda planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir. Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur”.

Qeyd edək ki, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı (BMT SA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos və digər ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti