...

Azərbaycanlı aktrisa vəfat edib

Mədəniyyət Materials 1 Sentyabr 2021 16:13 (UTC +04:00)
Azərbaycanlı aktrisa vəfat edib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada sovet aktrisası, RSFSR xalq artisti, Azərbaycan SSR əməkdar artisti Tamilla Ağamirova vəfat edib.

Trend-in məlumatına görə, 93 yaşlı aktrisanın ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, T.Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və Moskva Bədii Teatrının məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub.

O, "Don Kixot", "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Koroğlu", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" kimi filmlərdə rol alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti