Bakı. Trend:
Gülben Ergen Mərdəkanda "Dalğa beach" nəzdində yerləşən "Şazeli Bahçedə" çıxış etdi. Tamaşaçılarla çox səmimi olan ifaçı iki dəfə səhnədən yerə endi və hər kəslə selfi çəkdirdi, tamaşaçılara gözəl anlar yaşatdı. Şən zarafatları, coşqulu mahnıları və səmimi davranışı ilə seçilən ulduz əməlli-başlı coşqu yarada bildi. İfaçı ad günü keçirən hər kəsi tək-tək təbrik etməyi də unutmadı.
Qeyd edək ki, yay boyu əyləncəli konsertlər təşkil edən "Şazeli Bahçedə" Festival çərçivəsində 29 iyulda Namiq Qaraçuxurlu, 3 avqustda Çengiz Kurtoğlu, 5 avqustda Röya, 12 avqustda İntizar, 17 avqustda İrem Derici, 26 avqustda Eyyub Yaqubov qonaq olacaq.
Daha öncə Ferhat Göçer və Alişan çıxış ediblər.
Rezervasiya üçün : 0507777691 / 0507777692
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az