...

Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Mədəniyyət Materials 10 Yanvar 2023 12:55 (UTC +04:00)
Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsinin qalib layihələrindən biri layihə rəhbəri Kərimova Elmiranın olduğu “Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş müsabiqə”-dir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7 yanvar tarixində Azərbaycan İncəsənət Məktəbində həyata keçirilmişdir.

Layihə çərçivəsində qeydiyyatdan keçən 100-ə yaxın gəncdən 20-i müsahibə mərhələsindən uğurla keçərək iştirak haqqı qazanmışdır.

Müsabiqə zamanı gənclər iki nominasiya: tamaşa və şeir nominasiyaları üzrə istedadlarını sərgilədilər. Çıxışlar Azərbaycan Respublikasının Xalq Artisti, professor, aktyor Məmməd Səfa Qasımov, pedaqoq, aktyor Məhəmməd Verdizadə və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, eyni zamanda aktyor Fərid Bağırovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Qalib gənclər hədiyyə və sertifikatla, layihədə aktiv iştirak edən gənclər isə sertifikatla mükafatlandırıldılar.

Müsabiqə zamanı Hüseyn Cavid yaradıcılığının ədəbiyyatımızda rolu, onun həyat yolu və əsərləri barədə gənclərimizə ətraflı məlumat verildi.

Layihənin əsas məqsədi gənclərin ədəbiyyata olan marağını artırmaq və bədii ədəbiyyat sahəsində bilik və bacarıqlarının təkminləşdirilməsinə yaxından dəstək olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti